Bakıda avtomobil yandı
Bakının Sabunçu rayonunda yanğın olub.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən TodayPress-ə verilən məlumata görə, Sabunçu rayonunda “Mercedes” markalı minik avtomobilinin yanar hissələri yanıb.
Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
tag: FHN,Sabunçu,Avtomobil,Yanğın,