Bakıda avtomobil piyadanı vuraraq öldürdü

Hadisə

20.09.2024 10:39

Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

TodayPress xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.

1989-cu il təvəllüdlü Eyvaz İsmayılov idarə etdiyi "Lada Priora" markalı avtomobillə 1982-ci il təvəllüdlü Kamil Məmmədovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Avtomobildə olan sərnişin Elvin Musazadə isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb.

tag: Bakı, Avtomobil,Sabunçu ,Cinayət ,Xəstəxana ,todaypress.az,