Bakıda avtobus yük maşınına çırpıldı, ölən və yaralananlar var
Hadisə
04.01.2025 14:10
Bakıda avtobus qəza törədib, ölən var.
TodayPress xəbər verir ki, hadisə bu gün səhər saatlarında Qaradağ rayonunda baş verib.
Faktla bağlı Baş DYP İdarəsinin inspektoru polis baş leytenantı Elvin Hacıyev bildirib ki, olay Bakı-Qazax avtomobil yolunun 24-cü kilometrliyində qeydə alınıb. Onun sözlərinə görə, 99-JN-189 dövlət qeydiyyat nişanlı “Baku Bus” sərnişindaşıma avtobusu yolun kənarında dayanmış Tacikistan dövlətinə məxsus 77-FF-02 qeydiyyat nişanlı “Volvo” markalı yük avtomobilinə çırpılıb:
“Hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb”.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən verilən xəbərə görə, xəsarət alan 2 nəfər müştərək travmalar diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. 1 nəfərə isə stresə qarşı reaksiya diaqnozu ilə yerində yardım olunub. Bir nəfərin isə həkiməqədər ölüm faktı qeydə alınıb.
Faktla bağlı araşdırılma aparılır.
tag: Avtobus ,Yük Maşını ,Qəza,Ölüm ,todaypress.az,