Bakıda ağır qəza baş verdi: ölən və yaralananlar var

Hadisə

15.02.2025 09:50

1386

Bakının Nərimanov rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

TodayPress xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Məlumatda deyilir ki, 1991-ci il təvəllüdlü Ramil Aslan oğlu Qasımov idarə etdiyi “VAZ 2101” markalı avtomobillə 1999-cu il təvəllüdlü Soltan İlqar oğlu Tağıyevin idarə etdiyi “Toyota Prius” markalı avtomobillə toqquşub.

Nəticədə “VAZ 2101”də olan sərnişin, 1993-cü il təvəllüdlü Fərdi Mehman oğlu Zülfüqarov hadisə yerində ölüb. R.Qasımov, S.Tağıyev və onun idarə etdiyi avtomobildə olan sərnişin, 2000-ci il təvəllüdlü Məmməd Rəhim oğlu Şərifov isə xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanıb.

tag: Nərimanov ,DİN,Yol,Qəza,VAZ 2101,todaypress.az,