Bakıda 88 yaşlı kişi özünü bıçaqladı

Hadisə

10.11.2024 06:46

Bakının Sabunçu rayonunda qoça kişi intihara cəhd edib.

TodayPress xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.


Belə ki, 1936-ci il təvəllüdlü Nəsibov Emin Əziz oğlu yaşadığı evdə özünə bıçaqla xəsarət yetirib.

Yaralı ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

tag: Bıçaq, Kişi, Sabunçu, Bakıxanov, todaypress.az,