Bakıda 29 yaşlı oğlan ürəyindən bıçaqlandı
Hadisə
25.07.2024 21:33
Bakının Xəzər rayonunda dava
zamanı 29 yaşlı oğlan ürəyindən bıçaqlanıb.
TodayPress xəbər verir ki,
hadisə Şüvəlan qəsəbəsində qeydə alınıb.
Belə ki, 1995-ci il təvəllüdlü
Babayev Fərrux Ayaz oğlu tanımadığı şəxslə dava zamanı ürəyindən bıçaqlanıb.
Yaralı təcili 26 nömrəli Birləşmiş
Şəhər Xəstəxanasına çatdırılıb.
Onun vəziyyəti ağır olduğu
üçün F. Babayev Sabunçu Tibb Mərkəzinə göndərilib. Tibb Mərkəzinin həkimləri
onu təxminən 2 saat müddətində əməliyyat edib.
Bundan sonra F. Babayev
reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti orta ağır kimi qiymətləndirilir.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.
tag: Bakı, Şüvəlan, Bıçaqlanma, Hadisə, todaypress.az,