Bakıda 2 mərtəbəli obyektdə yanğın baş verdi

Hadisə

04.12.2024 16:08

Paytaxtın Nərimanov rayonunda yanğın hadisəsi qeydə alınıb.


TodayPress xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.  


Ümumi sahəsi 700 m² olan ikimərtəbəli müxtəlif təyinatlı obyektin 2-ci mərtəbəsində sahəsi 300 m² olan sexin yanar konstruksiyaları 40 m² sahədə yanıb.  Obyektin qalan hissəsi və bitişik anbar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

tag: Bakı,Yanğın, FHN, Nərimanov, todaypress.az,