Bakıda 11-ci sinif şagirdi bıçaqlandı
Hadisə
25.10.2024 17:35
Bakıda 11-ci sinif şagirdi bıçaqlanıb.
TodayPress xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumata verilib.
Hadisə bu gün dərsdənkənar vaxtda (saat 14:10 radələrində) məktəbdənkənar ərazidə baş verib.
322 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdinə (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) xəsarət yetirilməsi haqqında məlumat daxil olub. Dərhal şagirdin xəstəxanaya aparılması üçün müvafiq tədbirlər görülüb və valideynə məlumat verilib.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
tag: Bakı, Şagird, Təhsil, Məktəb, Hadisə, todaypress.az,