Bakı-Xudat marşrut avtobusu yük avtomobili ilə toqquşdu, yaralanan var
Hadisə
01.02.2025 21:58
Bakı-Quba Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil
yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş
verib.
TodayPress xəbər verir ki, hadisə Bakı-Xudat
reysi üzrə hərəkət edən avtobus yük avtomobili ilə toqquşub.
Nəticədə
sərnişinlərdən biri xəsarət alıb. O, təcili tibbi yardım avtomobili vasitəsilə
xəstəxanaya aparılıb.
Sərnişin
avtobusuna da ciddi ziyan dəyib. Qəza zamanı avtobusda 51 sərnişin olub.
Faktla bağlı
araşdırma aparılır.
tag: Qəza, Bakı, Avtobus, Xudat, Yaralı, todaypress.az,