Bakı-Quba yolunda avtomobil piyadanı vuraraq öldürdü
Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
TodayPress xəbər verir ki, ”Mercedes” markalı minik avtomobili yolu keçmək istəyən təqribən 39-35 yaşlarında olan piyadanı (şəxsiyyəti dəqiqləşdirilir) vurub.
Piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
(Report)
tag: Bakı,Quba,Qəza,Ölüm,Todaypress.az,