Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edildi
Hadisə
18.11.2024 21:57
Noyabrın 18-də Bakı Olimpiya Stadionuna
avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən TodayPress-ə bildirillib
ki, Türkiyə Respublikasının vətəndaşı 37 yaşlı Mustafa Kılıçoğlu sərxoş
vəziyyətdə tanışına məxsus “Mersedes” markalı avtomobili zor tətbiq etməklə
qaçıraraq stadion ərazisində mühafizə hasarına vurmaqla xuliqanlıq hərəkətləri
törədib.
Fakta görə polis idarəsində cinayət işi başlanılaraq
M.Kılıçoğlu həbs edilib.
Cinayət işi üzrə istintaq hərəkətləri aparılır.
tag: DİN, Avtomobil, Qanunsuz, Olmpia Stadionu, Türkiyə, todaypress.az,