Bakı metrosunda sərnişin relslərin üstünə yıxıldı, qatarların hərəkəti dayandı

Hadisə

07.01.2025 22:10

Bu gün axşam saatlarında Bakı Metropoliteninin “Ulduz” stansiyasında qatar platformaya daxil olan zaman sərnişin relsin yüzərinə düşüb.

Bu barədə TodayPress-ə Bakı Metropoliteni QSC-dən bildirilib.

İlkin məlumata əsasən, hadisə nəticəsində sərnişin ağır xəsarət alıb.

Stansiyada dərhal təhlükəsizlik tədbirləri həyata keçirilib, təmas relsindən yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım xidməti əraziyə çağırılıb.

Hadisə nəticəsində hərəkət cədvəlində müəyyən gecikmələr yaranıb. Müvafiq araşdırmalar aparılır, ətraflı məlumat təqdim ediləcək.

Sərnişinlərdən təhlükəsizlik qaydalarına riayət etmələri və platformalarda hərəkət zamanı diqqətli olmaları xahiş olunur.

tag: Bakı, Ulduz, Metro, Rels, Bakı Metropoliten, Xəsarət, todaypress.az,