Bakı metrosunda sərnişin qatarın altına düşərək öldü

Hadisə

03.10.2024 15:54

Bakı metropoliteninin “28 may” stansiyasında sərnişin stansiya yoluna düşüb.

Metropolitendən TodayPress-ə verilən məlumata görə, hadisə zamanı qatar maşınısti əyləci sıxıb, yüksək gərginlik çıxarılıb.

“Sərnişin qatarın altından çıxarılıb. Əfsuslar olsun ki, sərnişin dünyasını dəyişib. Ölən şəxs kişidir. Qısa müddət ərzində qatarların hərəkəti bərpa olunub. Hadisə nəticəsində qatarların hərəkətində 17 dəqiqə yubanma qeydə alınıb” deyə məlumatda qeyd olunub.

tag: Metro ,Sərnişin ,28 May ,Hadisə, Ölüm ,todaypress.az,