Bakı metrosunda qatar tuneldə qaldı - RƏSMİ - YENİLƏNDİ

Hadisə

21.08.2024 09:52

"Bakı Metropoliteni" QSC-nin elektrik xətlərində gərginlik qısamüddət aşağı düşüb.

TodayPress xəbər verir ki, bu barədə adı çəkilən qurum məlumat yayıb.  

Məlumata görə, hazırda metronun Qırmızı xəttində qatarların hərəkəti və stansiyalarda aidiyyəti üzrə normativlərə uyğun tənzimləmə işləri aparılır. Xəttin sahələri üzrə qatarların hərəkət intervalında 1-2 dəqiqə gecikmələr müşahidə olunub. Hazırda bu gecikmələr  cədvəl üzrə tənzimlənir. Sərnişinlərin və hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə bütün tədbirlər görülüb.

Günəş Mərd


09:26

***

Bakı metrosunda problem yaranıb. 

TodayPress xəbər verir ki, bu gün səhər saatlarında qatar "Xalqlar dostluğu" ilə "Əhmədli" metro stansiyaları arasında tuneldə qalıb.

"Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bu faktı TodayPress-ə təsdiqləyib. 

Onun sözlərinə görə problem gərginliklə bağlıdır. Ətraflı məlumat veriləcək. 

Günəş Mərd

tag: Bakı, Vaqon, Metro,Problem, Gərginlik, todaypress.az,