Bakı-Ağstafa-Bakı qatarı heyvan sürüsü ilə toqquşdu
Bu gün səhər saatlarında Bakı-Ağstafa-Bakı marşrutu üzrə hərəkət edən qatarın qarşısına Zəyəm-Dəllər sahəsində nəzarətsiz buraxılmış xırdabuynuzlu heyvan sürüsü çıxıb.
TodayPress xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin hadisə ilə bağlı açıqlamasında bildirilib.
Maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub.
ADY heyvan sahiblərinə bir daha müraciət edərək dəmir yolu ətrafında heyvanları nəzarətsiz buraxmamağa çağırır.
Nəzarətsiz heyvanların qatarların qarşısına çıxması təhlükəsizliyi riskə atır, həmçinin qrafikdə gecikmələrə səbəb olur.
tag: Bakı-Ağstafa-Bakı , Heyvan, ADY, Sürü, Qıza,Qəza, todaypress.az,