Babəkdə yol-nəqliyyat hadisəsi oldu
Babək rayonunun Yarımca kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
TodayPress xəbər verir ki, "Renault" markalı avtomobil yoldan çıxaraq aşıb.
Qəza zamanı avtomobildə olan Babək rayon, Yarımca kənd sakinləri - 1979-cu il təvəllüdlü Məmmədova Gülnarə Məmmədəli qızı və oğlu, 1999-cu il təvəllüdlü Məmmədov Yaşar Abbas oğlu xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
tag: Babək, Yarımca, Yol-Nəqliyyat, Qəza, todaypress.az,