Azyaşlının bağçada döyülməsi ilə bağlı görüntüləri- DİN araşdırır/VİDEO

Hadisə

11.02.2025 00:36

2805

“Qara Qarayev” metrostansiyası yaxınlığında yerləşən uşaq bağçalarından birində azyaşlının fiziki zorakılığa məruz qalması ilə bağlı görüntülər yayılıb.

TodayPress xəbər verir ki, görüntüləri blogger Saleh Nəsirov “telegram” sosial şəbəkə hesabında paylaşıb.

O bildirib ki, hadisə fevralın 6-sı saat 16:55 baş verib. İddiaya görə, müəllimə təhlükəsizlik kameralarının qarşısında uşaqlardan birinə əl qaldırıb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli bildirib ki, görüntülərlə bağlı müvafiq polis orqanında araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə məlumat veriləcək.

Həmin görüntüləri təqdim edirik:

https://t.me/todaypress_az/1779

tag: Azyaşlı, Bağça, Qara Qarayev, DİN, Müəllim, todaypress.az,