Azyaşlını xilas etmək üçün dəmirkəsəni işə saldılar
Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində azyaşlı velosipeddə sıxılı vəziyyətdə qalıb.
TodayPress xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Məlumatla əlaqədar dərhal FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunublar.
Xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrinin köməyi ilə həyata keçirilmiş tədbirlər sayəsində ayağı velosipedin pedalı ilə korpusu arasında sıxılıb qalmış 2018-ci il təvəllüdlü azyaşlıya müvafiq köməklik göstərilib.
tag: FHN, Azərbaycan, Uşaq, Velosiped, todaypress.az,