Azərbaycanlı futbolçusu faciəvi şəkildə dünyasını dəyişdi

Hadisə

11.06.2024 22:43

“Sabah”ın 19 yaşadək futbolçulardan ibarət komandasının oyunçusu Amid Alxasov faciəvi şəkildə dünyasını dəyişib.

TodayPress xəbər verir ki, bu barədə klubun rəsmi səhifəsində məlumat paylaşılıb. Bildirilib ki, futbolçu çayda boğularaq dünyasını dəyişib.

“Sabah” FK gənc futbolçu Amid Alxasovun faciəvi şəkildə dünyasını dəyişməsindən kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir”  paylaşımda qeyd olunub.

Qeyd edək ki, A. Alxasov ötən mövsümü icarə əsasında “Səbail” PFK-nın U-19 komandasında keçirib.

tag: Futbolçu, "Sabah" , Faciə, Amid Alxasov, todaypress.az,