Azərbaycanın 3 gəmisi heyətlə birgə girov götürüldü - İDDİA

Hadisə

07.01.2025 20:48

Azərbaycana məxsus 3 gəmi heyəti ilə birlikdə Afrikada yerləşən Eritreya dövlətinə aid sularda həbs edilib.

TodayPress xəbər verir ki, bu barədə uzaq səfərlər kapitanı Səyyar Quliyev məlumat verib.

O iddia edir ki, heyət 2 aya yaxındır ac-susuz girov saxlanılır. Gəminin Bakıdan Ərəbistana yola çıxdığı, havanın küləkli olması səbəbindən Afrikaya - Eritreya istiqamətinə yönəldiyi bildirilir.

Məsələ ilə bağlı Azərbaycan Dövlət Dəniz Administrasiyası ilə əlaqə saxlanılıb.

Qurumun mətbuat katibi Pərvanə İmanova bildirdi ki, bu barədə məlumatlıdırlar və məsələ araşdırılır. Əlavə məlumat veriləcək. (bakupost.az)

tag: Gəmi, Afrika, Səyyar Quliyev, Dəniz, Girov, todaypress.az,