Azərbaycanda zəlzələ baş verdi
Hadisə
17.07.2024 10:00
Gürcüstan-Azərbaycan sərhədində 4.8 bal gücündə zəlzələ baş verib.
TodayPress xəbər verir ki, bu barədə AMEA-nın nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Məlumata görə, təbii fəlakət səhər saatlarında yerin 5 kilometr dərinliyində qeydə alınıb. Zəlzələnin episentri Zaqatala stansiyasından 61 km cənub-qərbdə Gürcüstan ərazisində olub.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, zəlzələ nəticəsində Azərbaycan ərazisində hər hansı dağıntı barədə məlumat daxil olmayıb.
İlkin məlumatlara əsasən, zəlzələ Azərbaycanın Ağstafa, Tovuz, Balakən, Zaqatala, Gəncə və Gədəbəy rayonlarında hiss olunub.
Töhfə Səməd
tag: Azərbaycan, Gürcüstan, Zəlzələ, Zaqatala, FHN, todaypress.az,