Azərbaycanda gün ərzində ikinci ZƏLZƏLƏ oldu

Hadisə

12.04.2025 20:30

10

Azərbaycanda gün ərzində ikinci dəfə zəlzələ baş verib.

TodayPress zəlzələlərin tədqiqatı bürosuna istinadən xəbər verir ki, Pirqulu stansiyasından 23 km şimal-qərbdə, İsmayıllı rayonunda zəlzələ qeydə alınıb.

Zəlzələ 3.2 bal gücündə olub. Dərinlik 3 kilometrdə yerləşib.

Zəlzələ hiss olunmayıb.

Qeyd edək ki, bu gün Şamaxı rayonunda da zəlzələ qeydə alınıb.

tag: Azərbaycan, Zəlzələ,Şamaxı, Pirqulu, Bal, İsmayılı, todaypress.az,