"Azərbaycan Uşaqları" İctimai Birliyinin "Tiktok" hesabı oğurlandı
"Azərbaycan Uşaqları" İctimai Birliyinin rəsmi "Tiktok" hesabı müəyyən şəxslər tərəfindən oğurlanıb.
TodayPress xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə "Facebook" hesabında yazıb.
O, bildirib ki, dünən axşam saatlarından ehtibarən "Azərbaycan Uşaqları" İctimai Birliyinin rəsmi tik tok hesabı müəyyən şəxslər tərəfindən oğurlanıb və ələ keçirilib.
"Bizim qaynar xətt nömrəmizə +855966276151 nömrəsindən naməlum şəxs tərəfindən məktub daxil oldu və həmin məktubda səhifə məndədir 500 manat göndər sənə geri qaytarım bildirildi.Ödəniş üçün kart hesabı soruşduqda isə Mehmet Kaya adlı şəxsə məxsus 5276 8201 3971 2316 nömrəli kart hesabı göndərildi. Hörmətli dostlarımız bizim usaq_siginacagi səhifəmizdən sizə daxil olan məktubları cavablandırmamağınızı sizdən xahiş edirik" Kəmalə Ağazadə qeyd edib.
tag: Kəmalə Ağazadə, Azərbaycan Uşaqları, Sığınacaq,TikTok, Hesab, Hücum, Oğurlanma, todaypress.az,