Azad edilmiş ərazilərdə daha 135 mina, 830 PHS aşkarlandı

Hadisə

08.07.2024 16:54

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat açıqlanıb.

ANAMA-dan TodayPress-ə verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 28 piyada əleyhinə mina, 107 tank əleyhinə mina, 830 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1039.5 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

tag: Mina, PHS, Minatəmizləmə, Xankəndi, Ağdam, Laçın, Cəbrayıl, todaypress.az,