Ayrı-ayrı rayonlarda silah-sursat aşkarlandı

Hadisə

05.05.2025 12:47

18

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Bu barədə TodayPress-ə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Mayın 3-də və 4-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 4 qumbara, 3 alışdırıcı, 13 tüfəng, 8 patron darağı və 430 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

tag: Silah-Sursat, Qumbara,Avtomat Silah ,Patron Darağı, todaypress.az,