Ayrı-ayrı rayonlarda silah-sursat aşkarlandı

Hadisə

06.05.2025 12:22

6

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Bu barədə TodayPress-ə DİN-in Mətbuat Xidmətindən məlumat verilib. 

Mayın 5-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 1 qumbara, 1 alışdırıcı, 6 tüfəng, 2 patron darağı və 21 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

tag: Silah-Sursat, Qumbara,Avtomat Silah ,Patron Darağı, todaypress.az,