Ayrı-ayrı rayonlarda silah-sursat aşkarlandı
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Bu barədə TodayPress-ə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Mayın 14-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 2 tapança, 1 qumbara, 9 tüfəng, 2 patron darağı və 49 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
tag: DİN,Silah-Sursat, Qumbara,Avtomat Silah ,Patron Darağı, todaypress.az,