Axtarışda olan 128 nəfər saxlanıldı

Hadisə

14.12.2024 10:47

Dekabrın 13-də ölkə ərazisində qeydə alınan 28, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

TodayPress xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, axtarışda olduğuna görə ümumilikdə 128, o cümlədən borclu şəxs qismində axtarışda olan 102 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 10 fakt müəyyən edilib.

Eyni zamanda cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb.

tag: DİN ,Polis, Saxlanılma ,Cinayət, todaypress.az,