Avtomobil piyadanı vuraraq öldürdü

Hadisə

16.01.2025 09:48

Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb.

TodayPress  xəbər verir ki, hadisə Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 3 saylı qəsəbə ərazisində qeydə alınıb.

İmişli rayonu, Qızılkənd kənd sakini, 1998-ci il təvəllüdlü Heydarlı Elçin Natiq oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil 1988-ci il təvəllüdlü Nurullayev Hörmət Nüsrət oğlunu vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı Cəbrayıl rayon polis şöbəsində cinayət işi başlanılıb

tag: Biləsuvar ,Qəza ,Piyada, Ölüm, todaypress.az,