Avtomobil piyadanı vuraraq öldürdü
Hadisə
08.01.2025 10:03
Sabunçu rayonunda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
TodayPress xəbər verir ki, axşam saatlarında 1992-ci il təvəllüdlü Rafiq Həsənov idarə etdiyi "Lada Niva" markalı avtomobil ilə 1966-cı il təvəllüdlü Sənubər Nəcəfovanı vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
tag: Avtomobil, Lada, Niva, Piyada ,Ölüm, todaypress.az,