Avtomobil idarəetməni itirərək polis şöbəsinə çırpıldı - FOTO

Hadisə

01.01.2025 14:16

Bakıda avtomobil idarəetməni itirərək ərazidə dayanan bir neçə nəqliyyat vasitəsinə çırpılıb.

TodayPress xəbər verir ki, hadisə bu gün səhər saatlarında Bakının Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində qeydə alınıb.

Avtomobilin kirayə götürüldüyü və yüksək sürətlə idarə olunduğu qeyd edilib. Belə ki, nəqliyyat vasitəsi əvvəlcə 3-4 avtomobili vurub, daha sonra isə 33-cü polis bölməsinin divarına çırpılıb.

Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, qəzanın baş verməsinə ilkin ehtimal sürücünün idarəetməni itirməsidir.

Məlumata görə, hazırda faktla bağlı araşdırma aparılır.

tag: Qəza, Bakı,Yeni Günəşli,Suraxanı rayonu, todaypress.az,

photo