Avtomobil hasara çırpıldı, sürücü öldü
Hadisə
27.12.2024 04:56
Şirvanda qəza nəticəsində sürücü ölüb.
TodayPress xəbər verir ki, hadisə şəhərin M. Aydınov
küçəsində qeydə alınıb.
Belə ki, Şirvan şəhər sakini 2000-ci il təvəllüdlü
Novruzlu vüqar Eldar oğlu idarə etdiyi “VAZ-2106” markalı avtomobillə hərəkətdə
olarkən anidən idarəetməni itirib, yaxınlıqdakı hasara çırpılıb.
Qəza nəticəsində müxtəlif dərəcəli ağır bədən xəsarətləri
alan sürücü Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas
etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
tag: Şirvan, Qəza, Avtomobil, Ölüm, Hadisə, todaypress.az,