Avtomobil aşdı, bir ailənin 6 üzvü xəsarət aldı
Hadisə
03.10.2024 07:29
Salyanda baş verən yol-nəqliyyat hadisəsi
zamanı bir ailənin 6 üzvü xəsarət alıb.
TodayPress-in məlumatına görə, hadisə Ələt-Astara
magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Bakı istiqamətində hərəkətdə olan “Opel” markalı
avtomobil qəfil idarəetmədən çıxaraq aşıb.
Qəza nəticəsində Biləsuvar rayon sakinləri, 2000-ci il
təvəllüdlü Qurbanova Bənövşə Yaşar qızı, 1970-ci il təvəllüdlü Eynullayeva
Nəzakət İdris qızı, 1997-ci il təvəllüdlü Qurbanova Gülxanım Ayaz qızı, 2021-ci
il təvəllüdlü Qurbanova Gülsüm Ələkbər qızı, 2018-ci il təvəllüdlü Qurbanov
Ələmdar Ələkbər oğlu və 1995-ci il təvəllüdlü Qurbanov Ələkbər Rəfail oğlu
xəsarətlər alıblar.
Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına
çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.
tag: Avtomobil, Ələt- Astara, Salyan, Xəsarət, todaypress.az,