Atasına əsəbiləşən gənc oğlan özünə xəsarət yetirdi

Hadisə

04.05.2025 04:36

22

Samuxda gənc oğlan özünə kəsici alətlə xəsarət yetirib.

TodayPress xəbər verir ki, hadisə rayonun Lək kəndində baş verib.

Kənd sakini 2004-cü il təvəllüdlü V.Səmədzadə qolunun kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

Dərhal xəstəyə yardım edilib, onun vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, V.Səmədzadə atasına əsəbiləşərək özünə xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.

tag: Samux, Xəsarət, Kafi, Lək, Ata, Oğul, todaypress.az,