Ata və qızı yol qəzasında xəsarət aldılar
Hadisə
19.12.2024 05:23
Bakının Suraxanı rayonunda 35 yaşlı kişi və
övladı yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıblar.
TodayPress xəbər verir ki, iki avtomobilin
toqquşması nəticəsində 1989-cu il təvəllüdlü Əhmədov Davud Əhməd oğlu və
yeniyetmə qızı 2011-ci il təvəllüdlü Ə.Z. ağır xəsarətlər alıb.
Yaralılar təcili tibbi yardımın köməkliyilə xəstəxanaya
çatdırılıb. Müayinə zamanı hər iki yaralıya kəllə-beyin travması və müştərək
travma diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
tag: Qəza, Ata, Qız, Yaralanma, Suraxanı, Avtomobil, todaypress.az,