Ata və onun azyaşlı oğlunu maşın vurdu
Hadisə
25.07.2024 22:39
Bakının Xətai rayonunda yol qəzası
zamanı iki nəfər ağır xəsarət alıb.
TodayPress xəbər verir
ki, yol nəqliyyatı hadisəsi Gəncə prospektində baş verib. Belə ki, 1992-ci il təvəllüdlü
Hacızadə Ruslan Maarif oğlu iki yaşlı övladı Həsrət Hacızadə ilə birgə yolun əks
tərəfinə keçərkən onları minik avtomobili vurub.
Yaralılar ağır vəziyyətdə xəstəxanaya
yerləşdirilib. Həkimlərin səyi nəticəsində yaralıların həyatını xilas etmək
mümkün olub.
Fakt üzrə Xətai Rayon Polis
İdarəsində araşdırma aparılır.
tag: Bakı, Qəza, Xətai, Gəncə prospekti, todaypress.az,