Astarada torpaq sürüşməsi olub, yaşayış evləri təhlükə ilə üz-üzə qalıb
Hadisə
31.05.2024 14:02
Təbii fəlakət rayonun Şiyəkəran kəndindəki "Məscid məhəllə" deyilən ərazidə baş verib.
Torpaq sürüşməsi nəticəsində bir neçə ev təhlükəli vəziyyətlə üzləşib. Buna səbəb son zamanlar cənub bölgəsində aramsız yağan yağışların sürüşmə zolaqlarını aktivləşdirməsi olub. Həmin evlər də çay kənarında yerləşir və sel suları həyətyanı sahələrin qarşısında qoruyucu zolaq məqsədilə bir neçə cərgədə əkilmiş ağacları da torpaq qatı ilə birlikdə yuyub aparıb.
tag: Torpaq, Sürüşmə, Astara, Fəlakət,todaypress.az,