Astarada qanunsuz odlu silahların saxlanması faktları aşkarlandı

Hadisə

23.02.2025 11:35

2778

Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər zamanı 7 nəfər rayon sakinindən müvafiq sənədləri olmadan qanunsuz olaraq saxladıqları ov tüfəngləri aşkarlanıb.

TodayPress xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən məlumato verilib. 

Bildirilib ki, əməkdaşlarının keçirdikləri daha bir tədbir zamanı isə Sım kəndi ərazisində qanunsuz ov edən 1 nəfər saxlanılıb. Həmin şəxs barəsində protokol tərtib edilib.

tag: Astara ,Polis Şöbəsi,DİN,Sım ,todaypress.az,