Astarada küçədə meyit tapıldı

Hadisə

10.01.2025 09:22

1841

Astarada küçədə meyit tapılıb.

TodayPress xəbər verir ki, hadisə dünən rayonun Giləkaran kəndində baş verib.

Belə ki, kənd sakini Mirsahib Həsənovun meyiti evinin yaxınlığında küçədə tapılıb.

Mirsahib Həsənovun ürəktutmasından öldüyü ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

tag: Astara,Küçə,Meyit,Giləkaran ,Mirsahib Həsənov,