Astarada 39 yaşlı kişinin meyiti tapıldı
Hadisə
17.12.2024 03:34
Yaşayış olmayan evdə
kişi meyiti tapılıb.
TodayPress xəbər verir ki, hadisə Astara rayonunun Şahağacı kəndində baş verib. Kənd sakini 1985-ci il təvəllüdlü Elvin Qulamhüseyn oğlu Həsənovun meyiti, əmisi oğluna məxsus yaşayış olmayan evdə aşkarlanıb. E.Həsənovun həmin evin altında özünü asdığı bildirilir.
Bir uşağı olan Elvinin
uzun müddətdir ailəsindən ayrıldığı deyilir və o, qardaşının himayəsində olub.
Meyit daxili və xarici
müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran
rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma
aparılır.
tag: İntihar, Meyit, Özünü Asma, Ekspertiza,Lənkəran, todaypress.az,