Ankarada ağır yol qəzası baş verdi, yaralananlar var
Hadisə
02.02.2025 09:45
Türkiyənin paytaxtı Ankaranın Elmadağ rayonunda iki avtomobilin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.
TodayPress xəbər verir ki, bu barədə "İHA" məlumat yayıb.
Hadisə nəticəsində 7 nəfər yaralanıb.
Xilasedicilər avtomobildə sıxılmış vəziyyətdə qalan yaralıları çıxarıb. Hadisə yerində ilk yardımdan sonra yaralılar təcili yardım maşını ilə xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.
tag: Türkiyə,Ankara,Elmadağ ,Hadisə,todaypress.az,