Anası tərəfindən döyüldüyü iddia edilən qız xəstəxanaya yerləşdirildi
Hadisə
09.09.2024 20:34
Xudat şəhərində azyaşlı
döyülüb.
TodayPress xəbər verir
ki, hadisə şəhərin Əbilov küçəsində qeydə alınıb.
Qusar rayon sakini 7 yaşlı Z.C qızının ailəsi ilə
birlikdə kirayə qaldıqları evdə anası Səyyarə Qayıbova tərəfindən döyüldüyü
iddia olunur.
Yaralı ağır bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi
Xəstəxanasına yerləşdirilib.
Onun vəziyyəti kafi qiymətləndirilir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən
araşdırma aparılır.
tag: Xudat, Xaçmaz, Azyaşlı, Hadisə, todaypress.az,