AMB “Paşa Kapital İnvestisiya Şirkəti”nin vəzifəli şəxsini cərimələdi

Hadisə

25.04.2025 16:05

8

Azərbaycan Mərkəzi Bankı (AMB) “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-nin vəzifəli şəxsini 700 manat cərimə edib. 

Bu barədə TodayPress Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. 

Məlumata görə, AMB tərəfindən aparılmış kompleks yoxlama çərçivəsində “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-də “Marja ticarəti Qaydası”nın 7.2-ci və “İnvestisiya şirkətləri tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydası”nın 12.1-ci bəndlərinin tələblərinin pozulması səbəbilə onun vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 416.0.1-ci maddəsinə müvafiq olaraq 700 manat məbləğində cərimə edilib.

tag: Mərkəzi Bank,Vəzifə,Şəxs,Cərimə,Todaypress.az,