Ağsuda sel səbəbilə xəsarət alanların SON DURUMU
Leysan xarakterli yağış nəticəsində Ağsu rayonunun Kalva kəndi ərazisindən keçən çaya sel gəlməsi səbəbilə xəsarət alan 3 nəfər şəxs (kişi cinsli) Şamaxı Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) TodayPress-in sorğusuna cavab olaraq bildirilib.
Belə ki, onlardan 1992-ci il təvəllüdlü və 1982-ci il təvəllüdlü şəxslər boğulma, hipotermiya, travmatik şok, hipoksik ensefalopatiya, bədənin müxtəlif nahiyələrinin travmatik zədələnmələri və sıyrılmış yaralar diqanozu ilə tibb müəssisəsinin Reanimasiya şöbəsində müalicə alır. 1988-ci il təvəllüdlü şəxs isə boğulma, hər iki baldırın sıyrılmış yarası diaqnozu ilə Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
"Aparılan zəruri tibbi yardımdan sonra pasiyentlərin vəziyyətləri stabil olaraq qiymətləndirilir" deyə məlumatda əlavə olunub.
Qeyd edək ki, dünən gecə saatlarından başlayan yağışlar nəticəsində paytaxt da daxil olmaqla bir sıra ərazilərə ciddi ziyan dəyib, ölüm halları qeydə alınıb.
Töhfə Səməd
tag: TƏBİB,Ağsu,Sel,Xəsarət,Todaypress.az,