Ağsuda güclü sel ekskavatoru aşırdı, ölən və xəsarət alanlar var

Hadisə

16.04.2025 14:13

11

Ağsuda güclü sel ekskavatoru aşırıb. 

TodayPress xəbər verir ki, hadisə rayonun Kalva kəndində qeydə alınıb. 

Yol-təmir işləri ilə məşğul olan işçilər güclü yağışdan qorunmaq üçün ekskavatorda oturublar.

Çaya gələn güclü sel ekskavatoru aşırıb.

Ekskavatorda olan 4 nəfərdən biri-1982-ci il təvəllüdlü Pərviz Ayətullalayev hadisə yerində ölüb.

Digər 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.

Xəsarət alanlar ekskavatordan çıxarılaraq Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. 

Faktla bağlı araşdırma aparılır.

tag: Ağsu,Sel,Ekskavator,Ölüm,Yaralı,Todaypress.az,