Ağsuda fermadan kişi meyiti tapıldı
Hadisə
28.06.2024 20:33
Ağsuda Ağsu çayının sahilində yerləşən fermadakı vaqonda kişi meyiti tapılıb.
TodayPress xəbər verir ki, ilkin araşdırmalar nəticəsində cəsədin 1957-ci il təvəllüdlü Mustafayev Fərhad Səməd oğluna məxsus olduğu müəyyən edilib.
Onun ürəktutmadan dünyasını dəyişdiyi ehtimal olunur. Cəsəd aidiyyatı üzrə təhvil verilib.
Araşdırma aparılır.(apa)
tag: Ferma, Ağsü çayı, Vaqon, Meyit, todaypress.az,