Ağstafada yük maşını aşdı, Türkiyə vətəndaşı xəsarət aldı
Bakı-Qazax-Gürcüstan yolunda yük maşını aşıb, Türkiyə vətəndaşı xəsarət alıb.
TodayPress xəbər verir ki, hadisə magistral yolun Ağstafa rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Türkiyə vətəndaşı 1974-cü il təvəllüdlü Fərruh Perçinin idarə etdiyi “TIR” tipli yük avtomobili aşıb.
Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Ağstafa Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
tag: Qəza,Hadisə,Ağstafa,Maşın,todaypress.az,