Ağstafada qəza - ölən var

Hadisə

14.11.2024 23:46

Ağstafada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

TodayPress xəbər verir ki, hadisə rayonun Köçəsgər kəndində qeydə alınıb.

Araba ilə hərəkətdə olan baba və nəvəsini "Mercedes" markalı minik avtomobili vurub.

Qəza nəticəsində 1972-ci il təvəllüdlü Ə.İsmayılov xəsarət alıb, nəvəsi 2018-ci il təvəllüdlü Ə.T isə hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

tag: Ağstafa, Qəza, Mercedes, Hadisə, todaypress.az,