Ağstafada avtomobil maneəyə çırpıldı, xəsarət alanlar var
Hadisə
02.01.2025 23:19
Ağstafa rayonunun Saloğlu qəsəbəsində 2
nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
TodayPress xəbər verir ki, avtomobilin maneəyə çırpılması
nəticəsində 2000-ci il təvəllüdlü N.Əliyev və 2008-ci il təvəllüdlü S.Rahimov
xəsarət alıb.
Yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
tag: Qəza, Ağstafa, Xəsarət, Avtomobil, todaypress.az,