Ağstafada 60 yaşlı kişi elektrik cərəyanı vurması nəticəsində öldü
Hadisə
18.07.2024 21:30
Ağstafada bədbəxt hadisə baş
verib.
TodayPress xəbər verir ki,
hadisə rayonun Xətai kəndində baş verib.
Kənd sakini 1964-cü il təvəllüdlü
Hidayət Tanrıverdiyevi yaşadığı evdə elektrik naqilərini düzəldən zaman
"tok" vurub.
60 yaşlı kişi hadisə yerində
ölüb. Faktla bağlı araşdırma aparılır.
tag: Ağstafa, Elektrik cərəyanı, Xətai kəndi, Hadisə,todaypress.az,